Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində yanğın törədib

09.06.2020 15:39     Sosreaksiya     782

Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında yanğın törədib.  

APA-nın Qarabağ bürosunun xəbərinə görə, yanğın Tərtər rayonunun işğal altında olan Talış kəndi ərazisində müşahidə edilir. 

Cəbhə xəttində yerləşən Tərtərin Borsunlu kənd sakinlərinin  verdiyi məlumata görə, dağlıq yüksəkliklərdə müşahidə olunan alov daha geniş ərazilərə yayılır.

Reaksiya.az

Şərhlər