Azərbaycanın daha iki rayonuna yeni prokuror təyin edilib

30.06.2020 14:16     Sosreaksiya     12602

Prokurorluq orqanlarında yeni təyinatlar olub.

APA-nın əldə etdiyi məlumata görə, Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlə Vüqar Əhmədliyə Kəlbəcər rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.

Bundan başqa, Baş prokurorun digər əmri ilə Kamran Məmmədova Goranboy rayon prokuroru vəzifəsinin icrası həvalə olunub.

Reaksiya.az

Şərhlər