Tovuzdan son xəbər: Dondar Quşçu bombalanır

14.07.2020 12:00     Sosreaksiya     10441

Tovuzda döyüşlər yenidən başlayıb.

Musavat.com xəbər verir ki, hazırda Tovuzun Ağdam, Dondar Quşçu, Vahidli və digər sərhəd kəndləri Ermənistan tərəfindən artilleriyadan atəşə tutulur.

Ermənilər Tovuzun Ağdam və Dondar Quşçu kəndlərini, mülki vətəndaşları hədəfə alıblar.

Cavabları ordumuz tərəfindən verilir.

Atışma davam edir.

 

 

 



 

 

Şərhlər