Bakıda həkim evdən ölü tapıldı

17.09.2020 19:40     Sosreaksiya     486

Bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri  Bakı şəhərinin Nərimanov rayonunda bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan 1952-ci il təvəllüdlü Məmmədov Taryel Həmzə oğlunun evində meytini tapıb.
 
Reaksiya.az məlumatına görə, evində meyti tapılan şəxs 2017-ci ilədək Azərbaycan Sutikinti xəstəxanasının Poliklinikasında şöbəsinin müdiri vəzifəsində çalışıb. Mərhum 2017-ci ildə təqaüdə çıxıb və ixtisasca terapevt olub. 
Advertisement Banner

Şərhlər