"Torqovı"da mağaza yanır

22.09.2020 16:04     Sosreaksiya     967

Bakıda mağazada yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Reaksiya.az-a verilən məlumata görə, hadisə paytaxtın Nizami küçəsi, 91 ünvanında qeydə alınıb.

Belə ki, həmin ünvanda yerləşən geyim mağazasında yanğın başlayıb.

Əraziyə FHN-in əməkdaşları cəlb edilib. Yanğın məhdudlaşdırılıb.

Əlavə məlumat veriləcək. 

Reaksiya.az

Şərhlər