Yeni film çəkilir: - “DİFAİ”...

22.09.2020 21:55     Sosreaksiya     1084

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə dövət Dəstəyi Şurasının 2020-ci ildə elan etdiyi birinci Qrand müsabiqəsində qalib olmuş layihənin icrasi üçün “Difai” filminin çəkilməsi nəzərdə tutulub. 
Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin ideyası əsasında həyata keçirilən layihənin vasitəsi ilə “Difai” təşkilatı haqda geniş məlumat təqdim ediləcək. 
 
Bu barədə Reaksiya.az-a filmin layihə rəhbəri Radə Abbas məlumat verib. 
 
"1905-ci ildən etibarən “Daşnaksuyun” terror təşkilatının əli ilə Azərbaycan əhalisinə qarşı dəhşətli işgəncələr və qətillər həyata keçirilib. Bu qətillərin qarşısının alınması üçün Əhməd bəy Ağaoğlunun təklifi və rəhbərliyi ilə “Difai” təşkilatı yaradılıb. Erməni terrorunun qarşısını alan təşkilatın rəhbərləri rus çarlığı tərəfindən təqiblərə və təhlükəyə məruz qalan təşkilat üzvlərinin bir hissəsi ölkədən qamaq məcburiyyətində qalıb. Bəziləri sürgün edilib, bəziləri isə rus üsul idarəsi tərəfindən güllələnib. "Difai" filmində biz Azərbaycan naminə faliyyət göstərən təşkilat üzvlərinin nəslindən olan insanlarında o şərəfli tarixdə haqqı olduğunu düşünürük. 
 
Həmin insanları ailə üzvləri təzyiqlərə məruz qalaraq məhrumiyyətlə yaşayıblar. Ümumiyyətlə Xalqımıza Sovet rejiminin dəhşətlərini yaşadan 1937-39 illərin represiyaları Azərbaycanın ziyalı kəsiminin məhvinə xidmət edib. Xalqın ziyalılarını öldürmək xalqın başını kəsməkdir. Ziyalısı olmayan xalq isə məhvə məhkum edilir. Azərbaycan xalqı çox mətanətli xalq olduğu üçün 300 illik rus hiyləsinə, rus təcaüzünə dözüb və bu gün dünya xalqları içərisində öz sözünü deyə bilir. Başı kəsilən ziyalılarımızdan biridə Kərim bəy Mehmandarovdur. Abdul Kərim bəy Mehmandarovun nəvəsi hazırda Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı vəzifəsində işləyən Eldar Əzizovdur. “Difai” filminin yaradıcı heyyəti ilə birlikdə Eldar Əzizovla görüşümüz baş tutdu", - deyə o bildirib. 
 
R. Abbas Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun “Difai” filminin çəkilməsi ideyasını alqışladığını bildirib: 
"Biz Eldar müəllimdən “Difai” filminin ingilis və rus dillərinə tərcümə edilməsinə köməklik etməyini xahiş etdik. Eldar müəllim də öz növbəsində bizim xahişimizi nəzərə aldı və bizə köməklik edəcəyinə söz verdi. Bizim israrlı xahişimizi nəzərə alaraq, Eldar Əzizov “Difai” filmində çəkilməyə razlıq verdi. “Difai” təşkilatının və Azərbaycan Demokratik Respublikasının yaradıcılarından biri olan, Abdul Kərim bəy Mehmandarovun nəvəsi, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Eldar müəllim Əzizova “Difai” filminin yaradıcı heyyətinin və təşkilatımızın adından təşəkkür edirik".
 

Şərhlər