SON DƏQİQƏ: Daha bir kəndimiz işğaldan azad edildi - VİDEO

27.09.2020 16:04     Sosreaksiya     1294

Azərbaycan Ordusunun əks-hücumları nəticəsində daha bir kəndimiz erməni işğalından azad edilib.

Bu barədə Reaksiya.az- a Müdafiə Nazirliyindən məlumat verilib. 

Füzuli rayonun Aşağı Əbdurrəhmanlı kəndi düşməndən təmizlənib.

Qeyd edək ki, Azərbaycan Ordusunun qoşun bölmələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı, Nüzgar kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb. 

Reaksiya.az

Şərhlər