Güləşçimiz ermənini belə məğlub etdi - VİDEO

11.03.2016 11:57     Sport reaksiya     1260

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Latviyanın paytaxtı Riqada 61 kq çəki dərəcəsində bürünc medal qazandığı Avropa çempionatındakı çıxışını dəyərləndirib.
 
Reaksiya.info Publika.az-a istinadən xəbər verir ki, Əliyev ermənistanlı Valodya Franqulyanla bürünc medal uğrunda görüşündən də danışıb. O, düşmən ölkə təmsilçisini yendiyi üçün sevindiyini vurğulayıb:
 
"Erməni idmançı ilə bir dəfə də qarşılaşmış və qalib gəlmişdim. Bu dəfə o, məni yenmək istəyirdi. Şükür Allaha, icazə vermədim ki, qalib gəlsin. Amma xalça üzərində məğlub olarkən güləşə zidd hərəkətlər edir, altdan-altdan yumruq atırdı. Sona yaxın mən də bir yumruqla başa saldım ki, bu, güləşdir. Xalça üzərində belə şeylər olur. Amma çox sevinirəm ki, yenə düşmənimizə - erməni idmançısına qalib gəldim".

Şərhlər