Futbolun yaşayan əfsanəsi vəfat etdi

24.03.2016 18:54     Sport reaksiya     1129

Dünya futbolunun canlı əfsanələrindən olan Yohan Kroyf bu gün vəfat edib.

 Teleqraf.az-ın xəbərinə  görə, ağciyər xərçəngi xəstəliyindən əziyyət çəkən Kroyf 68 yaşında dünyasını dəyişib.

Futbola "Ayaks"da başlayan və daha sonra dünya ulduzuna çevrilən əfsanəvi oyunçu karyerası ərzində bir sıra titullar qazanıb. O, 9 dəfə Hollandiya çempionluğu, 3 dəfə Çempionlar Liqasını, 1 dəfə UEFA super kubokunu qazanıb. Kroyf eyni zamanda 1974-cü ildə dünya çempionatının gümüş medallarına da sahib çıxıb. 

Futbolçu karyerasını bitirəndən sonra Y. Kroyff məşqçi kimi də böyük uğurlar qazanıb.

Qeyd edək ki, 20-ci əsrin ən yaxşı futbolçularından sayılan Kroyf 3 dəfə "Qızıl top" mükafatına yiyələnib.

Şərhlər