"Barselona" meydanına Kroyfun adını verə bilər

28.03.2016 23:00     Sport reaksiya     1323

Klubun direktorlar şurasının qərarından sonra stadionun adının taleyi məlum olacaq.

“Barselona” klubunun stadionun adı dəyişdirilə bilər. ANS PRESS-in məlumatına görə, meydanın yeni adı dünyasını dəyişmiş Yoxan Kroyfunşərəfinə həsr oluna bilər. 29 martda klubun direktorlar şurasının qərarından sonra stadionun adının taleyi məlum olacaq.

 Məlumata görə, “Barsa”nın hazırkı “Kamp Nou” adlı meydanı “Yoxan Kroyf” olacaq. Toplantıda əfsanəvi futbolçu Kroyfun digər xatirələrini əbədiləşdirilməsi üçün də baxılacaq. 24 martda əfsanəvi sabiq futbolçu, hollandiyalı mütəxəssis Yohan Kroyf 68 yaşında vəfat edib. "Uçan holland" kimi tanınan xərçəng xəstəliyindən əziyyət çəkirdi. Sabiq futbolçunun ölüm xəbəri Y.Kroyfun rəsmi səhifəsində dərc olunub.

"Kamp Nou" - "Barselona"nın meydanı
"Kamp Nou" - "Barselona"nın meydanı

Yohan Kroyf Barselonada dünyasını dəyişib. Məlumatda bildirilir ki, Kroyfun ailə üzvlərinin hüzrünə hörmətlə yanaşılsın. Yohan Kroyf Hollandiya yığmasının, “Ayaks” və “Barselona” klubunun baş məşqçisi olub. O, karyerası ərzində 752 oyuna 425 qol vurub. Hollandiyalı futbolçu üçqat “Qızıl Top”unsahibir. Futbolçu kimi 3 dəfə Çempionlar Liqasının qalibi olub. Kroyf XX əsrin ən yaxşı futbolçularından hesab olunur. 2010-cu ildə Kroyf “Barselona”nın rəmzi prezidenti seçilib. 

Yohan Kroyf - sabiq futbolçu

 

Şərhlər