Karateçilərimiz tarixi uğura imza atdılar

09.05.2016 15:43     Sport reaksiya     1283

Karateçilərimiz 51-ci Avropa çempionatını 3-cü yerdə başa vurublar.

Karateçilərimiz Fransanın Monpelye şəhərində keçirilən 51-ci Avropa çempionatını 3-cü yerdə başa vurublar. ANS-in məlumatına görə, 2 qızıl və 1 bürünc medal qazanan millimiz mükafatlara sahib ola bilən 21 ölkə arasında yalnız yerli idmançılar və İspaniyadan geri qalıblar.

"Rafael Ağayev 13-cü dəfə Avropa çempionu olmaqla şəxsi rekordunu yeniləyib".

4 qat dünya çempionu Rafael Ağayev (75 kq) 13-cü dəfə Avropa çempionu olmaqla şəxsi rekordunu yeniləyib. Nuranə Əliyeva, İlahə Qasımova, Fəridə Abiyeva və İrina Zaretskadan ibarət qadın seçmə komandamız Xorvatiyaya qalib gələrək qitə birincisi olublar. Bu nəticə həm də karate tariximizdə bir neçə ilklərdən olub. 

Rafael Ağayev bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.
Rafael Ağayev bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.

Daha bir rekorda gənclərdən ibarət seçmə komandanın üzvü Roman Heydərov imza atıb. 17 yaşlı Heydərov kata yarışlarında bürünc medal qazanmaqla Dünya Karate Federasiyasının (WKF) statistik göstəricilərinə ustalar arasında ilk azyaşlı mükafatçı kimi daxil olub. 51-ci Avropa çempionatında 46 ölkədən 437 karateçi mübarizə aparıb. Milli komandamızı oktyabrın axırında Avstriyadadünya çempionatı gözləyir.

Karateçi xanımlarımız
Karateçi xanımlarımız
Avropa çempionatının ümumi nəticəsi
Avropa çempionatının ümumi nəticəsi

 

Şərhlər