Akrobatika gimnastikası üzrə Azərbaycan və Bakı birinciliyinin ikinci yarış günü başlayıb - FOTOLAR

21.05.2016 15:31     Sport reaksiya     2505

Bu gün Heydər Əliyev adına İdman Konsert Kompleksində akrobatika gimnastikası üzrə Azərbaycan və Bakı birinciliyinin ikinci yarış günü başlayıb.

Reaksiya.az Trend-ə istinadən bildirir ki, bu gün uşaqların yaş kateqoriyasında (2000-2007-ci il təvəllüdlü) qadın cütlüklər arasında, kiçiklərin yaş kateqoriyasında kişi və qadın qrupları (2002-2010-cu il təvəllüdlü) qarışıq cütlüklər, böyüklərin yaş kateqoriyasında kişi cütlüklər arasında kombinə tapşırıqlar (2002-ci il və daha böyük) və yuniorlar (1998-2006-cı il təvəllüdlü), yuniorlar yaş kateqoriyasında qadın cütlüklər və yuniorlar yaş kateqoriyasında (1997-2005) qarışıq cütlüklər arasında balans və temp hərəkətləri yarışlarında medallar oynanılacaq.

İki gün ərzində "Ocaq", "Neftçi" idman məktəbləri, Bakı Gimnastika Məktəbi, eləcə də Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbini təmsil edən 67 gimnast iştirak edəcək.

"Ocaq" idman məktəbinin nümayəndələri akrobatika üzrə yarışlarda birinci dəfə iştirak edəcək.

Şərhlər