"Atletiko"nun heç bir futbolçusu "Real"ın əsas heyətinə düşə bilməz"

25.05.2016 18:35     Sport reaksiya     1210

Futbolçu rəqib klubunun futbolçularını dəyərləndirib.

“Real Madrid” klubunun yarımmüdafiəçisi Qaret Beyl Çempionlar Liqasının finalında qarşılaşacaqları "Atletiko Madrid” klubunun futbolçularını dəyərləndirib.

ANS PRESS-in məlumatına görə, uelsli futbolçu bildirib ki, "Atletiko"nun heç bir futbolçusu "Kral" klubunun əsas heyətinə düşə bilməz.

"Atletiko Madrid" klubunun heç bir futbolçusu "Real"ın əsas heyətinə düşə bilməz. Əgər finalda onları məğlub edə bilməsək, bu, böyük uğursuzluq olar. Sanki La Liqadan aşağı diviziona düşəcəyik". - Beyl deyib.

"Real Madrid" - "Atletiko Madrid" qarşılaşmasının anonsu

Final oyun mayın 28-də baş tutacaq. "Kral Klubu" ilə "Atletiko Madrid" oyunu Milanın "San Siro" meydanında keçiriləcək. Ronaldo İspaniya çempionatında 36 oyuna 35 qol vurub və 11 məhsuldar ötürmə edib.

La Liqada “Barselona” çempionatının qalibi olub. Kataloniya təmsilçisi 1 xal ilə “Real Madrid”dən irəlidə qərarlaşaraq çempion olub. Çempionatın ilk üçlüyünə“Atletiko Madrid” daxil olub.

 

Şərhlər

Çox oxunanlar