Bu gün finaldır: Fransa, yoxsa Portuqaliya?

10.07.2016 18:18     Sport reaksiya     1130

Bu gün Fransada futbol üzrə Avropa Çempionatının final oyunu keçiriləcək.

AzVision.az-ın məlumatına görə, “Avro-2016”nın finalında meydan sahibi Fransa ilə Portuqaliya millisi üz-üzə gələcək. 


Fransa millisi indiyədək iki dəfə - 1984 və 2000-ci ildə qitə çempionu adını qazanıb. Portuqaliyalılar isə bir dəfə buna yaxın olub. Onlar 2004-cü ildə ölkərində keçirilən Avropa çempionatının finalında Yunanıstana uduzub.

Saat 23:00-də Sent-Denisdəki "Stad de France" stadionunda başlayacaq oyunu İngiltərədən olan baş hakim Mark Klattenburq idarə edəcək.

Şərhlər