Rio-2016: Bu gün cüdo yarışlarına start veriləcək

06.08.2016 11:22     Sport reaksiya     1287

 Bu gün Rio-de-Janeyro Olimpiadasında cüdo yarışlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, Oyunların 2-ci gün Azərbaycan millisinin 1 idmançısı tatamiyə çıxacaq.

 

Peter Zayzenbaherin yetirmələrindən Orxan Səfərov nəyə qadir olduğunu nümayiş etdirməyə çalışacaq. “Böyük dəbilqə” və Qran-pri turnirlərinin qalibi olan 25 yaşlı həmyerlimiz ilk cəhddə Xuan Postiqosu (Peru) sınağa çəkəcək. Məhz Rio-de-Janeyroda dünya çempionatının bürünc medalını qazanan Səfərov mərhələ adlayarsa, 1/8 finalda Ahmed Abelrahman (Misir) – Otar Bestayev (Qırğızıstan) cütünün qalibi ilə qarşılaşacaq.

 

Avropa Oyunlarının finalçısının mübarizə apardığı 60 kq çəki dərəcəsinin görüşləri Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Lakin həmyerlimiz ilk mərhələdən azad olduğundan rinqə 19:40-dan sonra çıxacaq.

 

Qeyd edək ki, millimiz Rioda 6 cüdoçu ilə təmsil olunur.

 

Reaksiya.az

Şərhlər