Rio-2016-da daha bir dünya rekordu müəyyənləşib

13.08.2016 00:22     Sport reaksiya     1218

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında 10 000 metr məsafəyə qaçışda yeni dünya rekordu müəyyənləşib. 

"Report"un məlumatına görə, buna efiopiyalı atlet Almaz Ayana imza atıb. 

Belə ki, Efiopiya təmsilçisi həmin məsafəni 29 dəqiqə 17,45 saniyəyə qət edərək, həm yeni dünya rekordu qırıb, həm də Rio-2016-da ölkəsinə qızıl medal qazandırıb. 

Qeyd edək ki, bundan əvvəlki dünya rekordu çinli Van Tszyunsyaya məxsus olub. O, 1993-cü ildə 10 000 metr məsafəni 29 dəqiqə 31,78 saniyəyə qət edib. 

 

Reaksiya.az

Şərhlər