Azərbaycan Olimpiadada 5-ci medalını qazandı

16.08.2016 22:06     Sport reaksiya     1255

“Rio-2016” Olimpiya Oyunlarında qadınlar arasında bir nəfərlik kayak qayığı (K-1) ilə 200 metr məsafəyə final yürüşü keçirilib.

Modern.az xəbər verir ki, bu mərhələdə yarışan Azərbaycan idmançısı İnna Osipenko-Radomskaya 40.401 saniyə ilə bürünc medal qazanıb.
 

Xatırladaq ki, buna qədər Azərbaycan yığması 2 gümüş və 2 bürünc medal qazanıb.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar