Ronaldo Avropanın ən yaxşı futbolçusu seçildi

26.08.2016 00:31     Sport reaksiya     1039

Avropada 2016/2017 mövsümün ən yaxşı futbolçusu seçilib.
 
Moderator.az xəbər verir ki, bu haqda qərar bu gün Çempionlar Liqasının Monakoda keçirilən püşkatma mərasimində açıqlanıb. 
 
UEFA-ya üzv olan 54 ölkənin jurnalistləri arasında keçirilən səsverməyə əsasən, Avropanın ən yaxşı futbolçusu adına “Real” və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo layiq görülüb. 
 
Ronaldo ötən mövsüm “Real”ın heyətində Çempionlar Liqasının və UEFA Superkubokunun, Portuqaliya millisinin heyətində isə Avropa çempionatının qalibi olub.
 
 

Şərhlər