Bakı Şahmat Olimpiadasında V tur - FOTOLAR

06.09.2016 22:49     Sport reaksiya     1297

Bakı 42-ci Ümumdünya Şahmat Olimpiadasında V turun görüşləri keçirilir.

Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün Baş nazirin birinci müavini, Bakı Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, eləcə də Gənclər və İdman naziri Azad Rəhimov yığma komandanın üzvləri ilə görüşüb, onlara uğurlar arzulayıb.

Hesabat turunda kişilərdən ibarət əsas milli komandamız Hindistanla qarşılaşır. 4 turdan sonra hər iki komanda itkisiz irəliləyir. İkinci komandamız Türkmənistanla, üçüncü yığmamız isə Zimbabve ilə mübarizə aparır. Maraqlıdır ki, daha əvvəl Zimbabve əsas yığmamıza uduzub. Türkmənistan isə üçüncü millimizə qalib gəlib.

Qadınlardan ibarət əsas yığmamızın rəqibi Almaniyadır. İkinci millimiz İspaniyanı, üçüncü komandamız isə Özbəkistanı sınağa çəkir.

Sabah olimpiadada istirahət günüdür.

 

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar