UEFA-nın yeni prezidenti Bakıya gələcək

22.09.2016 20:11     Sport reaksiya     1137

UEFA prezidenti Bakıya gələcək.

Trend AFFA-nın saytına istinadən məlumat verir ki, AFFA prezidenti Rövnəq Abdullayevin dəvətinə əsasən UEFA-nın yeni prezidenti Aleksander Çeferin və baş katib Teodor Teodoridis UEFA Avro-2020-nin 4 oyununun ev sahibi şəhəri Bakının loqosunun təqdimat mərasimində iştirak etmək üçün paytaxtımıza gələcək.

Mərasim sentyabrın 30-da Bakı Olimpiya stadionunda keçiriləcək.

Xatırladaq ki, A.Çeferin sentyabrın 14-də Yunanıstanın paytaxtı Afinada keçirilmiş növbədənkənar konqresdə UEFA-nın prezidenti seçilib.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar