Messi “Barselona”nın heyətində 500-cü qolunu vurub

07.11.2016 08:19     Sport reaksiya     1192

İspaniyanın "Barselona" klubunun argentinalı futbolçusu Lionel Messi çıxış etdiyi klubun heyətində 500-cü qolunu vurub. APA-nın məlumatına görə, bu, İspaniya çempionatının 11-ci turu çərçivəsində "Sevilya" ilə oyunda baş verib. Kataloniya klubunun heyətində 592-ci matçını keçirən L.Messi 43-cü dəqiqədə yubiley qoluna imza atıb. "Sevilya"nı səfərdə 2:1 hesabı ilə məğlub edən "Barselona" 25 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Şərhlər