Futbol tarixində yeni rekord - Bir oyunda 12 qol

23.11.2016 13:11     Sport reaksiya     1338

Noyabrın 23-də UEFA Çempionlar Liqasının qrup oyunlarının beşinci turu keçirilib.

 Qruplarda keçirilən 8 qarşılaşmada qapılara ümumilikdə 28 qol vurulub.

“F” qrupunda baş tutan “Borussiya Dortmund”-“Legia Varşava” oyununda Çempionlar Liqası tarixində yeni rekord müəyyənləşib. 

Dortmundluların 8:4 hesablı qələbəsi ilə başa çatan qarşılaşma ən məhsuldar oyun kimi turnirin tarixinə düşüb. 

Xatırladaq ki, bu göstərici üzrə bundan əvvəlki rekord nəticə 2003-cü il noyabrın 5-də “Monako”-“Deportivo” matçında (8:3) qeydə alınmışdı.

Şərhlər