Dünyanın gözü İspaniyada

03.12.2016 16:38     Sport reaksiya     1473

Bu gün bütün dünyanın maraqla gözlədiyi “Barselona” - “Real Madrid” qarşılaşması baş tutacaq.

Iki dünya nəhəngi bu gün saat 19:15-də “Nou Kamp” stadionunda qarşılaşacaq. Kral klubunun heyətində iki əsas oyunçu – Qaret Beyl və Toni Kros zədə səbəbindən “El Klassiko”da forma geyinə bilməyəcək.

Oyundan əvvəl lider “Real Madrid” kataloniyalılardan 6 xal öndədir.

Günün digər maraqlı matçı isə Türkiyədə oynanılacaq. Saat 20:00-da İstanbul derbisində “Fənərbaxça” və “Beşikdaş” klubları qarşılaşacaq.

Şərhlər