"Qarabağ": davam, yoxsa tamam?

Bu gün UEFA Avropa Liqasındakı təmsilçilərimiz qrup mərhələsində son oyunlarını keçirəcək.

Trend-in məlumatına görə, "Qəbələ"dən fərqli olaraq, "Qarabağ"ın növbəti mərhələyə çıxmaq şansı qalır. Bunun üçün Ağdam təmsilçisi Bakıda İtaliyanın "Fiorentina" klubunu məğlub etməlidir. Lakin qrupun digər matçı - PAOK - "Slovan" oyununun nəticəsindən də çox şey asılıdır.

“Qarabağ” – “Fiorentina” (İtaliya)
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20.00
Baş hakim: İvan Bebek
Baş hakimin köməkçiləri: Tomislav Petroviç, Miro Qrqiç
Əlavə köməkçi hakimlər: Ante Vuçemiloviç, Qoran Qabrilo
Dördüncü hakim: Qoran Pataki
(Hakimlər briqadası Xorvatiyadandır)

“Maynts” (Almaniya) – “Qəbələ”
Maynts Arena. Saat 22.00
Baş hakim: Li Evans
Baş hakimin köməkçiləri: Qaret Cons, Lyuis Eduards 
Əlavə köməkçi hakimlər: Brayn Markhem-Cons, Nik Pret
Dördüncü hakim: Daniel Beket
(Hakimlər briqadası Uelsdəndir)

Advertisement Banner

Şərhlər

Çox oxunanlar