Yunan-Roma güləşçilərinin reytinq siyahısında 9 güləşçimizin adı var

Dünya Güləş Birliyi ötən ilin yekunlarına əsasən 2017-ci ilin ilk reytinq siyahısını açıqlayıb.  

Yunan-Roma güləşi üzrə reytinq siyahısında 9 güləşçimizin adı yer alıb. Onlardan 7-si ilk onluğa daxil olub. 

Olimpiya Oyunlarının bürünc medalçıları Rəsul Çunayev (66 kq) reytinqdə 3-cü, Sabah Şəriəti (130 kq) isə 4-cü yerdədir. Dünya çempionatının bürünc medalını qazanan Həsən Əliyev (71 kq) də öz çəkisində 3-cü sırada qərarlaşıb. 

Onlua daxil olan digər güləşçilərdən Rövşən Bayramov (59 kq) 6-cı, Rafiq Hüseynov (80 kq) 7-ci, Elvin Mürsəliyev (75 kq) və İslam Abbasov (85 kq) isə 8-ci yerdədir.  

59 kq
6. Rövşən Bayramov - Olimpiya Oyunları 5-ci yer (6)

66 kq
3. Rəsul Çunayev - Olimpiya Oyunları 3-cü yer (3)
18. Kamran Məmmədov - Hərbçilərin DÇ 2-ci yer (nr)

71 kq
3. Həsən Əliyev - Dünya çempionatı 3-cü yer ([email protected] kq)

75 kq
8. Elvin Mürsəliyev - Qızıl Qran Pri 2-ci yer (8)

80 kq 
7. Rafiq Hüseynov - Qızıl Qran Pri 1-ci yer (4)

85 kq
8. İslam Abbasov - Qızıl Qran Pri 1-ci yer (12)
12. Saman Təhmasibi - Dünya çempionatı (2015) 3-cü yer (5)

130 kq
4. Sabah Şəriəti - Olimpiya Oyunları 3-cü yer (4)

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışlarda əldə etdiyi ən yüksək nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.
 
 
Advertisement Banner

Şərhlər