Azərbaycan Cüdo Federasiyası "İlin Federasiyası" nominasiyasının qalibi olub

28.01.2017 13:19     Sport reaksiya

"Marriott" otelində "Zəfər" beynəlxalq idman mükafatının təqdimat mərasimi keçirilib. 

"Report"un Azərbaycan Cüdo Federasiyasının (ACF) saytına istinadən verdiyi məlumata görə, tədbirdə idman ictimaiyyətinin nümayəndələri, nazirlər, millət vəkilləri, jurnalistlər, olimpiya, dünya və Avropa çempionları iştirak ediblər. 

Mərasimdə Azərbaycan Cüdo Federasiyasının ötənilki fəaliyyəti yüksək qiymətləndirilib və "İlin Federasiyası" mükafatına layiq görülüb. 

Olimpiya çempionu Namiq Abdullayev "Zəfər" Beynəlxalq İdman Mükafatını Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədliyə təqdim edib.

Reaksiya. az

Advertisement Banner

Şərhlər