“Qarabağ”dan yeni rekord

10.02.2017 12:47     Sport reaksiya     1565

Ağdamın “Qarabağ” klubu tarixinin yeni rekordunu müəyyənləşdirib.

Əyalət komandası evdəki məğlubiyyətsizlik seriyasında Premyer Liqadakı ən yaxşı nailiyyətinə imza atıb. Qurban Qurbanovun yetirmələri buna Premyer Liqanın XVII turunun “Zirə” ilə matçında nail olub. 2:0 hesabı ilə qalib gələn “Qarabağ” öz meydanındakı yenilməzliyini 32 oyuna çatdırıb.

Ağdamlılar sonuncu dəfə 2015-ci il fevralın 28-də doğma meydanda uduzmuşdu. Həmin vaxt “Qəbələ”yə 0:1 hesabı ilə məğlub olan Q.Qurbanovun yetirmələri arxada qalan 2 il ərzində evdə 26 qələbə qazanıb və 6 heç-heçə edib.

Bununla da “Qarabağ” klub tarixinin rekordunu arxada qoyub. Ağdamlılar 1992-93-cü illərdə ardıcıl 31 ev oyununda uduzmamışdı. Bu, ümumilikdə Azərbaycan futbolu tarixində 7-ci nəticənin təkrarıdır.

Reaksiya. az

Şərhlər