Bədii gimnastika üzrə bölgələrarası “Novruz Atəşi” və I Zirə Kuboku keçirilib

Bu gün Zirə Mədəniyyət Mərkəzinin təşkilatçılığı və Azərbaycan Gimnastika Federasiyasının dəstəyi ilə bədii gimnastika üzrə bölgələrarası “Novruz Atəşi” və I Zirə Kuboku birinciliyi keçirilib.

Trend-in məlumatına görə, yarışda 45 idmançı mübarizə aparıb. Zirə, Respublika Kompleks İdman Məktəbi, “Şağan” OİK, “Gömrükçü” İK, “Zabrat” İK, “Hövsan” OİK-dən olan paytaxt idmançıları ilə yanaşı “Zirvə” İK, Göyçay, Mingəçevir, Kürdəmir kimi region təmsilçiləri öz çıxışlarını nümayiş etdiriblər. İdmançılar fərdi şəkildə iştirak ediblər.

Yarışda 2001-2012-ci il təvəllüdlü gimnastlar iştirak edib. Birinciliyin B qrupunda yer almış 2010-cu il təvəllüdlü alətsiz üzrə bölgə gimastları arasında 1-ci yerə Ayan Hüseynzadə, 2-ci yerə Nuray İbayeva, 3-cü yerə Ayan Qafarzadə, B qrupunda yer almış 2011-ci il təvəllüdlü alətsiz üzrə bölgə gimastları arasında 1-ci yerə Nuray Yusifli, 2-ci yerə Yağmur Ağayeva, 3-cü yerə Züleyxa Əliyeva, C qrupunda yer almış 2009-cu il təvəllüdlü alətsiz üzrə bölgə gimastları arasında 1-ci yerə Ayan Əlizadə, 2-ci yerə Ayan Ağayeva, 3-cu yerə Xalidə Əhmədova, C qrupunda yer almış 2011-2012-ci il təvəllüdlü alətsiz üzrə bölgə gimastları arasında 1-ci yerə Lamiyə Babayeva, 2-ci yerə Fidan Qurbanova, 3-cü yerə Taclıbəyim Cabbarlı layiq görülüb.

Reaksiya.az

Advertisement Banner

Şərhlər