Peşəkar kikboksçu: "Ölkəmizin uğurları idmançılara böyük stimuldur"

2017 İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanın islam dünyasında artan nüfuzu ilə bağlıdır.

Reaksiya.az xəbər verir ki, bunu Milli.Az-a tanınmış peşəkar kikboksçu Xəyal Əhmədov deyib.

O, bir idmançı olaraq ölkəmizin uğurlarının onları sevindirdiyini və qürurlandırdığını söyləyib: "Son illər Azərbaycanın beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi onun nüfuzundan xəbər verməklə bərabər, gənc nəsilin sağlam ruhda yetişməsinə böyük təsir göstərir. Həmçinin, ölkəmizin nailiyyətləri biz idmançılara beynəlxalq yarışlarda Azərbaycanı daha uğurla təmsil etmək üçün stimul olur".

 

Reaksiya.az

Advertisement Banner

Şərhlər