"Arsenal" "Sauthempton"u məğlub edərək 5-ci pilləyə yüksəlib

11.05.2017 07:58     Sport reaksiya     1241

"Arsenal" İngiltərə Premyer Liqasının 26-cı turunun təxirə salınmış oyununda "Sauthempton"u məğlub edib.

Görüş Sauthemptondakı "Sent-Meri" stadionunda keçirilib və qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Müqəddəslər" turnirin ardıcıl beşinci oyununda qalib gələ bilməyiblər. Matçda qolları Aleksis Sançes (60-cı dəqiqə) və Olivye Jiru (83) vurub.

"Arsenal" (66 xal) bu qələbə sayəsində turnir cədvəlinin 5-ci pilləsinə yüksəlib və dördüncü yerdə gedən "Mançester Siti"dən 3 xal geri qalır. "Sauthempton" 42 xalla 10-cudur.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar