Neymar və PSG müqaviləni razılaşdırdı

23.07.2017 13:07     Sport reaksiya     1685

PSG ilə Barselonanın forvardı Neymarın danışıqlarının detalları məlum olub.

Futbolçu Fransa klubu ilə müqaviləni razılaşdırıb. Sözləşmə 5 illiyinə imzalanacaq. Bir ilə futbolçu 30 milyon avro qazanacaq. Bununla da Neymar Fransanın ən yüksək ödənişli futbolçu olacaq.

Bundan başqa PSG ona imza üçün əvvəlcədən 40 milyon avro ödəyəvcək.

Neymar Paris klubunun sahibinə məxsus hotellərdən gələn gəlirdən də faiz alacaq. Həmçinin PSG Braziliyaya gedib gəlmək üçün şəxsi təyyarə ayıracaq.Əlavə edək ki, Fransa təmsilçisi çərşənbə gününə qədər transferi tam həll etmək fikrindədir.

Reaksiya.az

 

Şərhlər