İspaniya Futbol Federasiyası Ronaldoya sərt cəza kəsdi

15.08.2017 10:21     Sport reaksiya     1774

Ronaldonun cəzası müəyyənləşib.İspaniya Futbol Federasiyasının NİK ötən gün keçirdiyi iclasda superkubok oyunundakı hadisəni müzakirə edib.

Xatırladaq ki, Ronaldo cərimə meydançasında Umtiti ilə mübarizə zamanı yerə yıxıldıqdan sonra hakim bunu simulyasiya kimi görərək ona 2-ci sarı vərəqəni göstərərək meydandan qovmuşdu. Bundan sonra isə forvard hakimin qərarına narazılığını onu itələmklə nümayiş etdirmişdi.

İspaniya Futbol qanunlarına əsasən futbolçu 4-12 oyunluq cəza ala bilərdi. Ən azı 5 oyunluq cəza aldıqda isə qərar La liqa oyunlarına da şamil edilməliydi. NİK-nin qərarı da sərt olub. Ronaldoya 5 oyunluq cəza verilib. Beləliklə də o , Barselona ilə cavab qarşılaşmasından əlavə La liqanın Deportivo , Valensiya , Real Sosyedad və Levante ilə oyunlarını da buraxacaq. Bundan başqa o , 1200 avro dəyərində cərimə edilir.

Reaksiya.az

 

Şərhlər

Çox oxunanlar