Deportivo Dieqo Koştanı yarım illiyinə icarəyə götürmək istəyir

Atletiko Dieqo Kostanın Çelsidən transfer edilməsi variantları üzərində işləyir.

Madridlilərə transfer qadağası qoyulduğuna görə 3-cü tərəf kimi Deportivo çıxış edə bilər. Qalisiyalılar Atletikoya futbolçunu yarım illiyinə icarəyə götürməyi təklif ediblər.

Hazırda klublar futbolçunun yüksək məvacibinə görə danışıqları dayandırıblar. Xatırladaq ki, Koşta Çelsinin məşqlərindən kənarlaşdırılıb.

Xatırladaq ki, bir müddət əvvəl Madrid klubu analoji keçid reallaşdırıb. Onlar Vitolonu Sevilyadan alaraq yarım illiyinə Las Palmasa icarəyə veriblər.

Reaksiya.az

Advertisement Banner

Şərhlər