Hacı Əliyev 3-cü dəfə dünya çempionu oldu

27.08.2017 12:21     Sport reaksiya     2002

Sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvü Hacı Əliyev Fransanın paytaxtı Parisdəki dünya çempionatında qızıl medal qazanıb. 61 kq çəkidə mübarizə aparan ikiqat dünya çempionu, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı mübarizəyə 1/16 final mərhələsindən qoşulub.

O, ardıcıllıqla qırğızıstanlı Alibek Osmonovu (8:0), yaponiyalı Rinya Nakamuranı (10:1), slovakiyalı Mikola Bolotnjuku (10:0) və kubalı Yovlis Bonne Rodrigezi (10:0) məğlub edərək, finala çıxıb.

Həlledici görüşdə rusiyalı Hacımurad Rəşidovla qarşılaşan H.Əliyev rəqibinə tuşe ilə qalib gəlib.

Reaksiya.az

Şərhlər