Neymar: "Barselona" prezidenti gülüş mənbəyidir"

07.09.2017 10:15     Sport reaksiya     2266

PSJ-nin yeni transferi Neymar "Barselona" prezidenti Xosep Mariya Bartomeunun onun haqqında verdiyi son açıqlamasına münasibət bildirib.

Klub rəhbərinin Neymara və atasına çox inanaraq səhv etməsi ilə bağlı dediyi fikirlə bağlı braziliyalı hücumçu özünün "İnstagram" səhifəsində yazıb: " Bu prezident gülüş mənbəyidir".

Qeyd edək ki, Neymar bu yay 222 milyon avroya Kataloniya təmsilçisindən PSJ-yə transfer olunub.

Reaksiya.az

 

Şərhlər

Çox oxunanlar