Levandovski “Real”a keçmək istəyir

“Bavariya”nın hücumçusu Robert Levandovski 2018-ci ilin yayında “Real”a keçmək istəyir.

O, bununla bağlı niyyətini şəxsi agentlərinə bildirib. Polşalı hücumçu onları Madrid klubunu bu transferə razı salmaq üçün fəal olmağa çağırıb.

Qeyd edək ki, “Real” yaşı 30-dan çox olan hücumçu almayacağını açıqlayıb. Levandovskinin isə 30 yaşı ötən ay tamam olub.

Onun “Bavariya” ilə müqaviləsi 2021-ci ildə başa çatır.

Klubun prezidenti Uli Heness bu məlumata münasibətini açıqlayarkən qısaca olaraq deyib: “Bu gün axı 1 aprel deyil”.

Reaksiya.az

Advertisement Banner

Şərhlər