Azərbaycan millisinin yeni kapitanı Rahid Əmirquliyev olacaq

05.10.2017 12:12     Sport reaksiya     1699

Məlum olduğu kimi, sabah Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov yığmada sonuncu matçına çıxacaq. Kapitan sarğısının Rəşaddan sonra kimə həvalə ediləcəyi maraq doğurur.

Sportarena.az xəbər verir ki, Rəşad Sadıqov Çexiya ilə oyundan öncə keçirilən mətbuat konfransında özü bu barədə açıqlama verib. "Qarabağ"da komanda yoldaşı olan Rahid Əmirquliyevin onu əvəzləyəcəyini bildirdi:

"Bundan sonra millinin kapitanı Rahid Əmirquliyev olacaq. Həm Prosineçkiyə, həm də Rahidə millinin gələn oyunlarında uğurlar arzulayıram".

Reaksiya.az

Şərhlər