"Neftçi" səfərdə böyükhesablı qələbə qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında tura yekun vurulub.

 Turun son qarşılaşmasında "Neftçi" səfərdə "Səbail"lə qarşılaşıb.

"Dalğa Arena"da təşkil olunmuş görüş qonaqların böyükhesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, "Neftçi" "Səbail"dən ilk dövrədəki 0:1 hesablı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb. Ardıcıl 2-ci qələbəsini qazanan "ağ-qaralar" xallarını 7-yə çatdıraraq, 6-cı pilləyə yüksəliblər. 6 xalı olan "Səbail" isə 7-ci pilləyə enib.

Turun əvvəlki oyunlarında "İnter" evdə "Qarabağ"a 0:2, "Sumqayıt" "Qəbələ"yə 0:1 hesabı ilə uduzub, "Zirə" isə "Kəpəz"i darmadağın edib - 3:0.

Premyer Liqası, VIII tur

18:30. "Səbail” - "Neftçi” - 0:4

Qollar: İqnasio Errera, 17. Uqo Barqas, 32; 77. Rəhman Hacıyev, 65

Qırmızı vərəqə: Derlis Meza Kolli, 84 ("Neftçi")

Reaksiya.az

Advertisement Banner

Şərhlər