“İnanıram ki, Koutinyo PSJ-yə keçəcək”

20.11.2017 10:33     Sport reaksiya     1274

PSJ-nin kapitanı Tiaqo Silva “Liverpul”un yarımmüdafiəçisi Filipp Koutinyonu Fransa paytaxtında görmək istəyir. 

Braziliyalı müdafiəçi həmyerlisi ilə PSJ-yə mümkün keçidi barədə danışıb:

“Filippe ilə xeyli söhbət etdik. İnaniram ki, mövsümün sonunda, yaxud daha tez o, PSJ-yə keçəcək. Bu, xoş sürpriz olardı. Koutinyo təkliflər barədə yaxşıca düşünəcək və tezliklə bizimlə birgə olacaq. O, düzgün qərar qəbul etməlidir”. 

Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi “Barselona” yaydan transfer etmək istəyir.

Reaksiya.az 

 

Şərhlər