Rummenigge Haynkesin gedəcəyini təsdiqlədi

29.11.2017 12:29     Sport reaksiya     1840

"Bavariya”nın idarə heyətinin sədri Karl-Haynts Rummenigge komandanın baş məşqçisi Yupp Haynkesin mövsümün sonunda komandadan gedəcəyini təsdiqləyib. 
 
Reaksiya.az Kaspi.az-a istinadən  xəbər verir ki, Rummenigge Haynkesin "Bavariya”da  qalmaq istəmədiyini bildirib. O, mütəxəssisin qərarına hörmətlə yanaşdıqlarını vurğulayıb: 
 
"Yupp artıq bildirib ki, mövsümün sonunda "Bavariya”dan gedəcək. Onun qərarına hörmət edirik. Belə də olacaq. 
 
Prezidentimiz Höness bu məsələ ətrafında heç vaxt diskussiya aparmayıb. O da, Haynkesin qərarına hörmət bəsləyir”. 
 
Haynkes sentyabrda istefaya göndərilən Karlo Ançelottini əvəz etmişdi.  
 

Şərhlər