Kriştianu Ronaldu beşinci dəfə “Qızıl top” mükafatı qazandı

08.12.2017 15:37     Sport reaksiya     2331

Portuqaliyanın futbol üzrə yığma komandasının və İspaniyanın “Real Madrid” klubunun hücumçusu Kriştianu Ronaldu beşinci dəfə “Qızıl top” mükafatı alıb. Reaksiya.az xəbər verir ki, bu barədə mükafatın təsisçisi olan “France Football” jurnalının Twitter səhifəsində məlumat yerləşdirilib. 2017-ci il üçün bu mükafata ümumilikdə 30 futbolçu iddia edib. Kriştianu Ronaldu “Qızıl top”a 2008, 2013, 2014 və 2016-cı illərdə də layiq görülüb. Bundan bir müddət əvvəl isə FIFA onu ilin ən yaxşı futbolçusu elan etmişdi. İndiyədək “Qızıl top” mükafatına beş dəfə yalnız argentinalı futbolçu Lionel Messi layiq görülmüşdü.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar