"Qarabağ" heç-heçə ilə başladı

18.01.2018 17:23     Sport reaksiya     1391

"Qarabağ" Antalyada baş tutan təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

Reaksiyanın verdiyi xəbərə görə Ağdam klubu Rusiya çempionatının I dvizionunda mübarizə aparan  “Kuban” komandası ilə qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb. "Qarabağ"ın heyətində  Əfran İsmayılov və Zaur Fərzəliyev fərqləniblər. "Kuban"da Malyarov dubl edib. 

Matçın ilk hissəsinin sonunda maraqlı hadisə baş verib. Rəqib qapısına təyin olunan penalti zərbəsindən sonra Mahir Mədətov topu qəsdən qapıdan kənara vurub. Buna "Qarabağ"ın həmin epizodda cərimə zərbəsi olmadığını hesab etməsi səbəb olub.

"Qarabağ" (Azərbaycan) – "Kuban" (Rusiya)  2:2
Qollar: Əfran İsmayılov, 50, Zaur Fərzəliyev, 68 - Malyarov, 54,

reaksiya.az

Şərhlər

Çox oxunanlar