Karateçimiz Rafael Ağayev Paris Premyer Liqa turnirində ikinci olub

29.01.2018 15:37     Sport reaksiya     786

Karate üzrə Azərbaycan milli komandasının lideri Rafael Ağayev (75 kq) Parisdə Premyer Liqa turnirində ikinci yeri tutub. REAKSİYA Azərbaycan Milli Karate Federasiyasına istinadən xəbər verir ki, karateçimiz yaponiyalı idmançı Ken Nişimura ilə həlledici görüşün son saniyələrində qələbəni əldən verib. Yeni qaydalara əsasən, medal yalnız yarışın qaliblərinə təqdim olunub. Görüşlərini qələbə ilə başa vuran idmançılarımız dünya reytinq cədvəlində xallarını artırıblar. “Kiçik dünya çempionatı” adlandırılan Paris Premyer Liqasında 81 ökədən 756 idmançı mübarizə aparıb. Dünya Karate Federasiyasının (WKF) 2018-ci ildə yeddi yarışlıq nüfuzlu Premyer Liqa seriyasından növbəti turnir fevralın 16-18-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək. Qeyd edək ki, yanvarın 30-da Bakıya dönəcək karateçilərimiz növbəti yarışa hazırlığı davam etdirəcəklər.
Advertisement Banner

Şərhlər