Elxan Məmmədov: Millətlər Liqası bizim üçün yeni imkanlar və şanslar yaradır

30.01.2018 16:01     Sport reaksiya     1285

Millətlər Liqası bizim üçün yeni imkanlar və şanslar yaradır. Artıq rəqiblərimiz də bəllidir. Bəzi rəqiblərlə yaxın keçmişdə oynamışıq, tanış komandalardır. REAKSİYA xəbər verir ki, bu sözləri Antalyada təşkil olunmuş brifinqdə AFFA-nın baş katibi Elxan Məmmədov deyib. Baş katib bildirib ki, Antalyada ilk yoxlama oyunu keçirəcəyik. Əsas məqsəd futbolçuları yoxlamaqdır. Martda ikinci sınaq oyunumuz da olacaq. Kosovo Beynəlxalq Olimpiya Komitəsi, FIFA və UEFA üzvü kimi artıq Azərbaycana səfər edib. Onların U-21 komandası da Bakıya gəlib. Bu addımı atmamışdan əvvəl Xarici İşlər Nazirliyi ilə dəqiqləşdirdik və UEFA-ya bildirdik. Oyundan əvvəl bir daha XİN ilə məsləhətləşəcəyik, düşünürəm ki, bir problem olmayacaq. “Bundan əvvəl iki əcnəbi baş məşqçi ilə işlədik. Bura gələnə qədər onları tanımırdıq. Amma Qurban Qurbanovu 10 ildir ki, yaxından tanıyırıq. Əvvəl də futbolçu kimi azarkeşlik edirdik. İndi bilirəm ki, sürprizlər olmayacaq. Əsas məsələ uzunmüddətli düşünməkdir və bütün yaş qrupları üzrə yığmaların eyni sistemlə oynamasıdır”, - deyə Elxan Məmmədov əlavə edib. Elxan Məmmədov deyib: “Millətlər Liqasında məqsədimiz birinci yeri tutmaqdır. Düşünürəm ki, komanda bunu bacaracaq gücdədir. Yeni şüar barədə marketinq şöbəsinin əməkdaşları düşünürlər. Bundan əvvəlki “Niyə də yox?” şüarı ölkədə çox populyar oldu. Düzdür, seçmə mərhələnin sonu uğursuz olduğuna görə şüar axırda komik format aldı, buna baxmayaraq, addım özünü doğrultmuşdu. Millətlər Liqasında yolumuz Ermənistanla kəsişə bilər. Bu, problemli oyundur. Püşkə görə bu mərhələdə düşə biməzdik, amma növbəti mərhələdə qarşılaşa bilərik. UEFA bizə şifahi olaraq xəbərdarlıq etdi ki, bu hal baş versə, məsələyə İcraiyyə Komitəsi qarışacaq. Oyun olacaqmı, olacaqsa, harada olacaq. Amma futbol elədir ki, yekunda FIFA və UEFA-nın tövsiyələrini nəzərə alacağıq. Nə lazım olsa, onu da edəcəyik. Neytral meydançada olsa da, oyun baş tutacaq. Eyni qaydada canlı yayım, sponsor problemləri var”. Qeyd edək ki, Azərbaycan millisi yanvarın 30-da Antalyada Moldova yığması ilə yoldaşlıq oyunu keçirəcək. Oyun Bakı vaxtilə saat 20:00-da start götürəcək.

Şərhlər