Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının dörddəbir final mərhələsinə vəsiqəni təmin edib

03.02.2018 19:36     Sport reaksiya     1185

Futzal üzrə Azərbaycan millisi Sloveniyada təşkil edilən Avropa çempionatının final mərhələsinə qələbə ilə başlayıb. Reaksiya xəbər verir ki, turnirin “D” qrupunda yer alan komandamız fevralın 2-də Lyublyanadakı “Stojice Arena”da Fransa millisi ilə qarşılaşıb. İtaliyalı baş hakim Angelo Qalantenin idarə etdiyi oyunda millimiz 5:3 hesabı ilə qalib gəlib. Yığmamızın heyətində Bolinya het-trik edib, Everton Kardoso və Eduardo Borqes isə hərəyə bir dəfə fərqləniblər. Millimiz növbəti oyununu fevralın 4-də İspaniya millisinə qarşı keçirəcək. Qeyd edək ki, qrupun ilk oyununda Fransa və İspaniya milliləri üz-üzə gəliblər və görüş 4:4 hesabı ilə başa çatıb. İspaniya ilə oyunun nəticısindən asılı olmayaraq millimiz Avropa çempionatının dörddəbir final mərhələsinə vəsiqəni təmin edib.

Şərhlər