Karateçilərimiz Avropa çempionatında dörd qızıl medal qazanıblar

06.02.2018 13:39     Sport reaksiya     1342

Karateçilərimiz Rusiyanın Soçi şəhərində yeniyetmələr arasında 45-ci, 21 yaşadək gənclərin 10-cu Avropa çempionatında tarixi nəticə göstəriblər. Qazanılan altı medaldan dördü qızıl, biri gümüş və bürünc mükafatdır. REAKSİYA xəbər verir ki, yarışın sonuncu günündə 21 yaşadək gənclərin mübarizəsində Hüseyn Əliyev (67 kq) qitə çempionu olub. Murad Hacızadə (84 kq) isə ardıcıl ikinci dəfə Avropa üçüncülüyünü qazanıb. Yarışın ilk günü Tale Yaqubov (63 kq) və Polina Hurenko (47 kq), ertəsi gün 16-18 yaşlı gənclər arasında Hümmət Baxşəliyev (61 kq) qızıl medala sahib olub. Mədinə Sadıxova (48 kq) isə gümüş medala layiq görülüb. Roman Heydərov (kata), Aytac Əliyeva (55 kq) və Fəridə Əliyeva (67 kq) təsəlliverici görüşlərə qatılmaq imkanı əldə etsələr də, nəticədə medalsız qalıblar. Qırx dörd ölkədən 956 idmançının iştirak etdiyi Avropa çempionatında Azərbaycan 5-ci yeri tutub.

Şərhlər