Zirə” klubu Trinidad və Tobaqo yığmasının üzvünü heyətinə cəlb edib

08.02.2018 18:11     Sport reaksiya     1252

Bakının “Zirə” klubu yeni futbolçu ilə müqavilə bağlayıb. Reaksiya.az kluba istinadla xəbər verir ki, komandamız Trinidad və Tobaqo yığmasının üzvü Jomal Uilyamsla anlaşılıb. Onunla 6 aylıq müqavilə bağlanılıb. İyirmi üç yaşlı hücumçu cari mövsümün sonuna kimi “W Connection” klubundan icarəyə götürülüb. Tərəflər arasında anlaşmaya əsasən, futbolçu ilə icarə müqaviləsini artırmaq və ya birdəfəlik transfer etmək hüququ “Zirə”yə məxsusdur. Jomal Uilyams komandamızda 29 nömrəli forma ilə çıxış edəcək.

Reaksiya.az

Şərhlər