“Zirə” klubu makedoniyalı futbolçu ilə müqavilə bağlayıb

09.02.2018 12:45     Sport reaksiya     1327

“Zirə” klubu heyətini daha bir futbolçu ilə gücləndirib. Reaksiya kluba istinadla xəbər verir ki, Bakı təmsilçisi makedoniyalı Yani Urdinovla anlaşıb. Onunla 6 aylıq müqavilə bağlanılıb. İyirmi altı yaşlı müdafiəçi cari mövsümün sonunadək Çexiyanın “Bohemians” klubundan icarəyə götürülüb. Tərəflər arasında anlaşmaya əsasən, mövsümün sonunda futbolçunu birdəfəlik transfer etmək hüququ “Zirə”yə məxsusdur. Reaksiya.az

Şərhlər