UEFA Çempionlar Liqası: Səkkizdəbir final mərhələsi iki oyunla start götürəcək

12.02.2018 17:07     Sport reaksiya     1379

Fevralın 13-də futbol üzrə UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin oyunlarına start veriləcək. REAKSİYA xəbər verir ki, mərhələnin ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Günün mərkəzi görüşündə İtaliya təmsilçisi “Yuventus” doğma meydanda İngiltərənin “Tottenhem” klubunu qəbul edəcək. Bu komandalar indiyədək cəmi iki dəfə üz-üzə gəliblər. 2016-cı ildə baş tutan qarşılaşmada “Yuventus” 2:1 hesablı qələbə qazandığı halda, ötən il keçirilən görüş “Tottenhem”in qələbəsi ilə yekunlaşıb - 2:0. Günün digər qarşılaşmasında isə daha bir ingilis klubu “Mançester Siti” səfərdə İsveçrə “Bazel”nin qonağı olacaq. Qeyd edək ki, hər iki görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Şərhlər