Futbol üzrə Azərbaycan kuboku uğrunda final matçı mayın 28-də keçiriləcək

18.02.2018 11:22     Sport reaksiya     1293

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov ilə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev arasında görüş keçirilib. REAKSİYA PFL-in saytına istinadən xəbər verir ki, görüşdə milli komandamızın qarşıdakı oyunlarının təqvimi müzakirə edilib. Görüşdə yığmamızın mayın 29-da Qırğızıstan millisi ilə yoldaşlıq görüşü keçirəcəyinə baxmayaraq, futbol üzrə Azərbaycan kubokunun final matçının vaxtında hər hansı dəyişiklik edilməyəcəyi bildirilib. Beləliklə, Azərbaycan kuboku uğrunda final qarşılaşması əvvəlcədən nəzərdə tutulduğu kimi, 28 May - Respublika Günündə keçiriləcək. Millimizin mart toplanışı və aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar futbol təqvimində müəyyən dəyişiklik ediləcək.

Şərhlər

Çox oxunanlar